12:41
09 Oktyabr 2020

Ermənistanın insanlıq cinayətləri davam edir - Türkiyə MN

Türkiyə Müdafiə Nazirliyi Ermənistan Ordusunun Azərbaycanda mülki obyektləri atəşə tutmasına Twitter hesabında münasibət bildirib.

APA-nın məlumatına görə, paylaşımda qeyd olunub ki, hiyləgərliklə pusquda duran Ermənistan Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Füzuli rayonlarında mülki obyektlərini, yaşayış məntəqələri atəşə tutmağa davam edir.

Eyni zamanda bildirilib ki, müharibəni Qarabağ xaricində olan mülki obyektlərə daşımağa çalışan Ermənistan hərb və insanlıq cinayətlərinə davam edir.

Dİgər xəbərlər