08:16
09 Oktyabr 2020

ABŞ Rusiyanı COVID-19-a qarşı peyvəndin hazırlanmasında sabotaj etdiyini açıqlayıb

ABŞ-ın Milli Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktoru Uilliam Evanina Rusiya, Çin və İranın ABŞ peyvəndi kimi vaksin yaratmağa çalışdığını söyləyib.

APA-nın RİA Novosti-yə istinadən məlumatına görə, direktor Rusiyanın ilk olaraq rəsmi şəkildə “Sputnik V” peyvəndini hazırladığını açıqlasa da, buna inanmadığını ifadə edib: “Bilirsiniz, dünən Rusiya əhalisinin yarısının buna inanmadığı barədə xəbərlər əldə etmişəm. Buna görə də Rusiyanın sözügedən peyvəndi qlobal bazara necə çıxaracaqlarından əmin deyiləm”.

Onun sözlərinə görə, ittiham etdiyi ölkələr ABŞ peyvəndinin inkişafına dair məlumatları oğurlamağa çalışırlar.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsində peyvəndin hələ seçkilərdən sonra hazır olacağını bildirmişdi.

Xatırladaq ki, ABŞ yeni koronavirus infeksiyası hallarına görə dünyada birinci yerdədir. Cons Hopkins Universitetinin son məlumata görə, ölkədə 7,5 milyondan çox yoluxan xəstə qeydə alınıb ki, bunlardan 211 mindən çoxu ölüb. 2,9 milyondan çox xəstə isə sağalıb.

Dİgər xəbərlər