14:55
08 Oktyabr 2020

Çavuşoğlu almaniyalı həmkarı ilə Qarabağ münaqişəsini müzakirə etdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və onun almaniyalı həmkarı Hayko Maas Bratislavada görüşüblər.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı "Twitter"də bildirib.

“Almaniya Xarici İşlər naziri Hayko Maasla Türkiyə-Almaniya münasibətlərini, Şərqi Aralıq dənizi, Liviya və Ermənistanın təcavüzünü müzakirə etdik. Yunanıstan və Kiprin maksimalist yanaşmalarla Avropa İttifaqı ilə münasibətlərimizi zədələməsinə icazə vermərik”, - M. Çavuşoğlu qeyd edib.

Dİgər xəbərlər