14:31
06 Oktyabr 2020

"Azərbaycanla birgə mübarizəmizi davam etdirəcəyik” - Nazir

“Ermənistan beynəlxalq hüququ tapdalayaraq Yaxın Şərq regionunda yaşayan erməniləri işğal etdikləri Azərbaycan torpaqlarına köçürür. Yəni, bu torpaqlarda daimi qalmaq istədiklərinin mesajını verirlər”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, beynəlxalq ictimaiyyət bunun belə davam etməyəcəyini bilməlidir.

“Bütün dünyanın haqlının yanında olması, həqiqətləri söyləməsi üçün Azərbaycanla birgə mübarizəmizi davam etdirəcəyik”, - Türkiyə XİN başçısı vurğulayıb.

Dİgər xəbərlər