Beynəlxalq təşkilatlar əməliyyatlarla bağlı məlumatlandırıldı  - VİDEO
05 oktyabr 2020 15:07 (UTC +04:00)

Beynəlxalq təşkilatlar əməliyyatlarla bağlı məlumatlandırıldı - VİDEO

Oktyabrın 5-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq verilib.

Lent.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, brifinq iştirakçılarının diqqətinə işğal olunmuş ərazilərdə həyata keçirilən əməliyyatların gedişatı və azad olunmuş ərazilər, düşmən qüvvələrinə vurulmuş ziyan barədə məlumat verilib. 

Bundan əlavə, qonaqlara təmas xəttindən xeyli uzaqda yerləşən Azərbaycanın şəhər və rayonlarına düşmənin raket və artilleriya zərbələri endirməsi barədə də ətraflı məlumat çatdırılıb.

Düşmənin açdığı atəş zərbələri nəticəsində dinc əhali və mülki infrastruktura dəyən ziyan, eləcə də düşmən ordusunun öz hərbi qulluqçularına qarşı göstərdiyi qeyri-insani münasibət və hərəkətlər barədə faktlar da diqqətə çatdırılıb.

# 385
avatar

Mehman Nəbiyev

Oxşar yazılar