Madagizin Suqovuşan adlandırılması MM-in iclasının gündəliyinə salındı
05 oktyabr 2020 14:47 (UTC +04:00)

Madagizin Suqovuşan adlandırılması MM-in iclasının gündəliyinə salındı

Erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılması Milli Məclisin sabahkı iclasının gündəliyinə əlavə edilib.

Lent.az-ın məlumatına görə, sabahkı iclasda “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” təklif olunan məsələlər sırasında yer alıb.

Qeyd edək ki, Madagiz kəndi ordumuzun uğurlu hərbi-əməliyyatları nəticəsində erməni işğalından azad olunub. Ölkə prezidenti isə dərhal sonra kəndin tarixi Suqovuşan adının bərpa edilməsi barədə qərar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806

Oxşar yazılar