Məktəblilər üçün ən yaxşı qəlyanaltı: “Yoqurtlu kublar”
06 oktyabr 2020 19:21 (UTC +04:00)

Məktəblilər üçün ən yaxşı qəlyanaltı: “Yoqurtlu kublar”

Dərslərin başlaması ilə anaların qayğıları da artır. Azyaşlı uşaqlarının həm sağlam qidalanması, həm də dərsdə olduğu müddətdə acımamağı üçün maraqlı şirniyyatlar hazırlamaq istəyən analar yeni reseptlər axtarışına düşürlər.

Əziz analar, Lent.az-ın təqdim etdiyi bu reseptdən yararlanaraq övladlarınız üçün dadlı şirniyyat hazırlaya bilərsiniz.

“Yoqurtlu kublar”ın hazırlanması üçün lazım olan ərzaqlar bunlardır:

Yulaf

Yoqurt

Meyvə

Hazırlanması:

Bir keks qabına xüsusi keks kağızı qoyun və yulaf səpin. Üstünə qatıq əlavə edin və uşağınızın sevdiyi meyvələrlə bəzəyin. Dondurucuda 3 saat saxladıqdan sonra “Yoqurtlu kublar”ı yemək olar.

Nuş olsun!

 

# 436
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar