Tramp COVID-19 haqqında çox şey öyrəndiyini açıqladı
05 oktyabr 2020 05:14 (UTC +04:00)

Tramp COVID-19 haqqında çox şey öyrəndiyini açıqladı

ABŞ Prezidenti Donald Tramp xəstəliyi zamanı koronavirus haqqında çox şey öyrəndiyini bildirib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə “Twitter” hesabında paylaşım edib.

O bildirib ki, bu, çox maraqlı bir səyahətdir: “Mən COVID haqqında çox şey öyrəndim. Sanki məktəbə getdim və öyrəndim. Bu haqda çox bilgi əldə etdim, əsl bir məktəbdir. Bunu artıq anlayıram və bu barədə sizə danışacağam”.

Tramp xəstə olduğundan hələlik koronavirus haqqında bildiklərini söyləyə bilməyəcəyini vurğulayıb.

 

# 559
avatar

Oxşar yazılar