Məktəblərin çox açılması yoluxmanı artıra bilər - Nazir
30 sentyabr 2020 17:13 (UTC +04:00)

Məktəblərin çox açılması yoluxmanı artıra bilər - Nazir

"Biz addım-addım yeni normalara uyğunlaşmalıyıq. Məktəblərin bir az da çox açılması yoluxmanı müəyyən qədər artıra bilər, amma indi yoluxma sayı aşağıdır".

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

O deyib ki, növbəti iki həftə üçün proqnozlaşdırma etmək olar, amma növbəti dövrü proqnozlaşdırmaq mümkün deyil: "Yayda ən pis vəziyyət demək olar, bizdə idi, amma digər ölkələrdə yaxşı idi. Amma indi vəziyyət dəyişib. Amma verilmiş situasiyadan asılı olaraq 4 tədris planı var və uyğun olan tədris planını da tətbiq edirik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587

Oxşar yazılar