Azərbaycan Prezidenti: “Bizim əsgərlər xilaskar, erməni əsgərləri işğalçı əsgərlərdir”
30 sentyabr 2020 16:36 (UTC +04:00)

Azərbaycan Prezidenti: “Bizim əsgərlər xilaskar, erməni əsgərləri işğalçı əsgərlərdir”

“Azərbaycan öz doğma torpağında vuruşur, siz haqq yolunda yaralanmısınız”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdə bildirib.

Dövlət başçısı deyib ki, bizim əsgərlərimiz xilaskar əsgərlərdir: “Bizim əsgərlər xilaskar əsgərlər, erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin, Azərbaycanın torpağında ölür”. 

# 454
avatar

Oxşar yazılar