“Ermənistan işğalı dayandırmalıdır” - Sabiq president
30 sentyabr 2020 14:53 (UTC +04:00)

“Ermənistan işğalı dayandırmalıdır” - Sabiq president

Dağlıq Qarabağda münaqişənin əsas səbəbi Azərbaycan ərazilərinin işğalıdı.

Lent.az-ın məlumatına görə, bunu Albaniyanın sabiq prezidenti Sali Berişa deyib.
O bildirib ki, Azərbaycan beynəlxalq hüquqa uyğun Ermənistan tərəfindən işğal altında saxlanan əraziləri üzərində suverenliyinin təmin olunmasına nail olmaq istəyir.

Sabiq prezident beynəlxalq ictimaiyyəti münaqişənin həlli üçün tədbirlər görməyə çağırıb. “Ermənistanın Azərbaycan ərazilərini işğalı dayandırılmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 695

Oxşar yazılar