İranda koronavirusdan ölənlər 207 nəfər artdı
29 sentyabr 2020 19:48 (UTC +04:00)

İranda koronavirusdan ölənlər 207 nəfər artdı

İranda son sutkada yeni növ koronavirusdan (COVID-19) 207 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayı 25986 nəfərə çatıb.

Son 24 saat ərzində koronavirusa 3677 yeni yoluxma faktı qeydə alınıb. İndiyə qədər ölkədə virusa yoluxnaların sayı 453637 nəfərə çatıb. 

# 463
avatar

Oxşar yazılar