Bakıda sexdən seyf oğurlandı
29 sentyabr 2020 14:04 (UTC +04:00)

Bakıda sexdən seyf oğurlandı

Bakıda silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Lent.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 24-də rayon ərazisindəki kimyəvi təmizləmə sexlərinin birindən 335 manat pul, habelə içərisində 3400 manat pul olan dəmir seyf oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 20-ci və 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun gözəllik salonlarının birindən 400 manat pul, 500 manat dəyərində mobil telefon və gümüş əşyalar oğurlaması da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 981

Oxşar yazılar