Rusiyada daha 160 nəfər koronavirusdan öldü
29 sentyabr 2020 12:20 (UTC +04:00)

Rusiyada daha 160 nəfər koronavirusdan öldü

Rusiyada son sutka ərzində daha 8 232 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 167 805 nəfərə çatıb.

Son sutka ərzində 160 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 20 545 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

# 550
avatar

Oxşar yazılar