14:36
24 Sentyabr 2020

Qarabağ icmasında Şərif Ağayarla görüş keçirilib

Bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyində yazıçı Şərif Ağayarla görüş keçirilib.

APA xəbər verir ki, görüşdə İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev, sədr müavini Gülməmməd Məmmədov, icmanın əməkdaşları iştirak edib.

İlk söz yazıçı Şərif Ağayara verilib. O, öz yaradıcılığı ilə bağlı danışıb, xüsusən Qarabağ insanlarının taleyindən bəhs edən hekayələri haqda məlumat verib. Daha sonra xarici dillərə tərcümə olunan əsərlərindən söz açıb.

İcmanın sədr müavini G. Məmmədov da Ş. Ağayarın yaradıcılığına yaxından bələd olduğunu söyləyib və gələcəkdə müvafiq ədəbiyyat nümunələrinin, o cümlədən Ş.Ağayarın əsərlərinin ekranlaşdırılması və dünyaya daha çox çıxarılması perspektivlərindən danışıb.

Tədbirə yekun vuran İcma sədri, millət vəkili T. Gəncəliyev yazıçının yaradıcılığı ilə bağlı görülə biləcək konkret təkliflərin irəli sürüb və yaxın gələcək üçün maraqlı layihələr həyata keçiriləcəyini bildirib.

Ş.Ağayar yeni çapdan çıxan “Arıların səssizliyi” hekayəsini T. Gəncəliyevə bağışlayıb.

Dİgər xəbərlər