Maşını dərəyə aşırdı, anası öldü
24 sentyabr 2020 12:16 (UTC +04:00)

Maşını dərəyə aşırdı, anası öldü

Sentyabrın 23-də saat 21 radələrində İsmayıllı rayonu, Bizlan kəndi ərazisində Bakı şəhər sakini Azər Qədirli idarə etdiyi “Mitsubishi” markalı avtomobili dərəyə aşırıb.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, nəticədə A.Qədirlinin sərnişini olan anası - Əliyyə hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

# 1771
avatar

Mehman Nəbiyev

Oxşar yazılar