Bakıda evdən narkotik tapıldı
21 sentyabr 2020 15:32 (UTC +04:00)

Bakıda evdən narkotik tapıldı

Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçiriblər.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Y.Rəhimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın, Maştağa qəsəbəsindəki evindən isə 1 kiloqram 59 qram marixuana aşkar edilərək götürülüb.

# 1192
avatar

Mehman Nəbiyev

Oxşar yazılar