Mənzildən 15 min manatlıq oğurluq edildi
19 sentyabr 2020 14:50 (UTC +04:00)

Mənzildən 15 min manatlıq oğurluq edildi

Abşeronda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masazır qəsəbəsindəki evlərin birindən 100 ABŞ dolları və 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş A. Qəniyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 1717
avatar

Oxşar yazılar