Kürəkənini bıçaqlayan qayınata saxlanıldı - YENİLƏNİB
19 sentyabr 2020 09:26 (UTC +04:00)

Kürəkənini bıçaqlayan qayınata saxlanıldı - YENİLƏNİB

 

Samuxda kürəkənini bıçaqlayan şəxs saxlanılıb.

APA -nın yerli bürosunun məlumatına görə, həmin şəxs Qovlarsarı kənd sakini 1973-cü il təvəllüdlü Ələkbərov Rəfaeldır.

Məlumata görə, hadisə  onlar  arasında yaranan mübahisədən sonra baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Həsənov Vüqar sərxoş vəziyyətdə qayınatasıgilə gəlib. Bu zaman onların arasında söz-söhbət olub. Nəticədə Rəfael Ələkbərov kürəkəninə 2 bıçaq zərbəsi vurub.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır. 

 

***

03:07

Samuxda bıçaqlanma hadisə baş verib.

APA -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlarsarı kənində qeydə alınıb.

1992-ci il təvəllüdlü Həsənov Vüqar Bəhruz oğlu qarnın kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.  Məlumata  görə, 28 yaşlı kişi qayınatası tərəfindən bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır.

# 1807
avatar

Oxşar yazılar