“Abituriyent Məsləhət Mərkəzləri” şənbə və bazar da işləyəcək - RƏSMİ
18 sentyabr 2020 11:12 (UTC +04:00)

“Abituriyent Məsləhət Mərkəzləri” şənbə və bazar da işləyəcək - RƏSMİ

Məlum olduğu kimi, ali təhsil müəssisələrinin ixtisas seçimi 20 sentyabr saat 23:59-da başa çatır. Bunu nəzərə alaraq “Abituriyent Məsləhət Mərkəzləri” fəaliyyətlərini 19 və 20 sentyabr tarixlərində də davam etdirəcəklər.

Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, “Abituriyent Məsləhət Mərkəzləri” qeyd olunan tarixlərdə saat 09:30-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, həmçinin Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya, Avrasiya Universitetlərində fəaliyyət göstərəcəklər.

Pandemiya şəraitinin tələblərinə uyğun olaraq abituriyentlərin qəbulu məhdud sayda – günlük müəyyən edilmiş saya uyğun DİM-in saytı vasitəsilə əvvəlcədən götürülmüş onlayn növbə ( http://eservices.dim.gov.az/eNovbe/ ) əsasında həyata keçirilir. Bir abituriyentə maksimum 20 dəqiqə vaxt ayrılır. Abituriyenti yalnız 1 nəfərin müşayiət etməsinə icazə verilir.

“Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz xidmət göstərirlər. 

# 1018
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar