“Neftçi”nin uduzması Azərbaycanın UEFA reytinqində geriləməsi ilə nəticələndi
18 sentyabr 2020 05:46 (UTC +04:00)

“Neftçi”nin uduzması Azərbaycanın UEFA reytinqində geriləməsi ilə nəticələndi

0

 

Avropa Liqasının II təsnifat mərhələsinin oyunları UEFA reytinqində müəyyən dəyişikliklərə səbəb olub.

Apasport.az saytının məlumatına görə, bu, Azərbaycandan da yan ötməyib.

Türkiyə “Qalatasaray”ına 1:3 hesabı ilə uduzan “Neftçi” ölkəmizin aktivinə 0,125 xal gətirib. Bununla da 5 mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalımız 16,250-yə çatıb.

Bir gün öncə 25-ci pillədən sıxışdırdığımız Rumıniya isə mövqeyini qaytarıb. “Botoşani” və “Styaua” üst-üstə 0,375 xal yığıb. Nəticədə bu ölkənin reytinqi 16,325-ə yüksəlib. Bu isə Rumıniyanın yenidən 25-ci sıraya qayıtması, Azərbaycanın isə 26-cı yerə dönməsinə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2125

Oxşar yazılar