128656
12:52
17 Sentyabr 2020

"Lotu Quli"nin qardaşından GÖZLƏNİLMƏZ ADDIM: barışdırdı

"Lotu Quli"nin (Nadir Səlifov) klanına daxil olan qanuni oğrular Merab Mzarelua və Matsi Qvaramiya barışıblar.

Lent.az -ın Rusiya KİV-ə istinadən məlumatına görə, onları Lotu Qulinin qardaşı Namiq Bakinski barışdırıb.

Kriminal aləmdə yayılan məlumata görə, Namiqin bu addımı onun hörmətini artırıb. Çünki oğru qaydalarına görə, bir-biriylə düşmənçilik edən tərəfləri barışdıran şəxs krminal aləmdə ikiqat hörmətə layiqdir.

Müşahidəçilərin dediyinə görə, Namiqin bu hərəkəti "Lotu Quli"nin ondan qalan imperiyasının idarə olunmasına da gömək edəcək.