12:03
17 Sentyabr 2020

O, Niderland millisinin baş məşqçi ola bilər

Ronald Kumanın İspaniya “Barselona”sına keçidindən sonra baş məşqçisiz qalan Niderland milli komandasını çalışdırmağa əsas namizədin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, İtaliya “İnter”i və Niderland “Ayaks”ının sabiq çalışdırıcısı Frank de Bur vaxtilə futbolçu kimi oynadığı yığmanın “sükanı arxası”na keçməyə yaxındır.

Federasiya və mütəxəssis arasında danışıqlar artıq yekunlaşmağa yaxındır. Hazırda işsiz olan de Burun təyinatı oktyabrda keçiriləcək oyunlara qədər rəsmiləşə bilər.

Dİgər xəbərlər