"Qarabağın səsi " layihəsi təqdim olundu - VİDEO
15 sentyabr 2020 16:12 (UTC +04:00)

"Qarabağın səsi " layihəsi təqdim olundu - VİDEO

İşğal olunan torpaqlarımızla bağlı Müdafiə Nazirliyinin və Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin dəstəyi ilə "Qarabağın səsi " layihəsi həyata keçirlib.

Lent.az xəbər verir ki, layihənin ideya müəllifi nəğməkar şair Cəlal Qurbanov, layihənin rəhbəri isə jurnalist Mintac Elsevər, koordinatoru Mehrab Dadaşovdur. 

Mahnının sözləri Cəlal Qurbanova, ingilis dilinə tərcümə Nigar Həsənzadəyə, oranjemanı isə əməkdar artist Əliağa Sədiyevə məxsusdur.

Ekran işini digərlərindən fərqləndirən cəhət, onun Çahargah muğamının "Mayeyi Çahargah", "Bəstənigar", "Müxalif", "Mənsuriyyə", "Üzzal" şöbələrində ifa olunması, mahnıda səslənən silah səslərinin isə əslində zərb alətlərində ifa olunmasıdır.

Klipdə xalq artisti Nurəddin Mehdixanlı ilə yanaşı, muğam müsabiqəsinin qalibləri və iştirakçıları yer alıblar. İştirakçıların stili üzərində Elnur Həsənov və Gülya Vəkilova çalışıb. Ekran işinin rejissorluğu isə Cəlal Kəngərliyə həvalə olunub.

# 3784
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar