03:46
15 Sentyabr 2020

Qızıl Qum sanatoriyasında qüsur əmələ gəldi - FOTO - YENİLƏNİB

FHN-in Mülkü Müdafiə Qoşunları və polis əməkdaşları hadisə yerindədi.

APA xəbər verir ki, hazırda FHN tərəfindən beş nəfər üçün nəzərdə tutulan 20 çadır quraşdırılıb.

***

00:16

Bu gün Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Qızıl Qum sanatoriyasının beşmərtəbəli binasınında qüsur əmələ gəlib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA -ya verilən məlumata görə, hadisə ölkə rəhbərliyinin xüsusi nəzarətindədir və mütəmadi olaraq tapşırıqlar verilir.

Hazırda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, aidiyyəti idarələrin, Fövqəladə Hallar və Daxili İşlər Nazirliyinin nümayəndələri hadisə yerindədir.

Ərazi işıqlandırılması üçün Azərişıq ASC tərəfindən transformatorla təmin edilib.

FHN məcburi köçkünlərin bu gecəni keçirməsi üçün ərazidə müvəqqəti çadırlar və onların ərzaqla təmin edilməsi üçün səhra mətbəxi, yeməkxana quraşdırır.

115 ailəyə dövlət vəsaiti hesabına kirayə mənzillərə çıxmaq təklif edilib.

FHN tərəfindən araşdırma başa çatana qədər məcburi köçkünlərin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görüləcək.

Hadisə ilə bağlı KİV-ə ətraflı məlumat veriləcək.

Dİgər xəbərlər