Salyanda ikimərtəbəli evdə yanğın olub.
Lent.az FHN-in rəsmi saytına istinadla xəbər verir ki, rayonun Arbatan kəndində ümumi sahəsi 170 m2 olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 65 m2 sahədə və 1-ci mərtəbəsinin qarajında “Мuravey” markalı motosikletin yanar hissələri yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.