“Ən yaxşı rejissor işi” mükafatını o aldı
14 sentyabr 2020 09:38 (UTC +04:00)

“Ən yaxşı rejissor işi” mükafatını o aldı

Yaponiyalı kinorejissor Kiyoşi Kurosava “Ən yaxşı rejissor işi”nə görə 77-ci Venesiya Film Festivalının “Gümüş şir” mükafatına layiq görülüb.

K.Kurosavanın çəkdiyi “Casusun arvadı” filmində hadisələr 1940-cı ildə, Sakit okeanda hərbi əməliyyatlar başlamazdan əvvəl baş verir. Filmdə söhbət dövlət sirrini açdığına görə casusluqda ittiham olunan kişinin həyat yoldaşından gedir.

Qeyd edək ki, Venesiya Film Festivalı dünyanın üç ən böyük kinematoqrafiya hadisəsindən biri sayılır.

“Mən çox təəccüblənmişəm. Hiss etdiyim sevinci sözlə ifadə etmək çox çətindir. Heç vaxt düşünməzdim ki, bu yaşımda belə ecazkar hədiyyə ala bilərəm. Mən çox xoşbəxtəm ki, çəkdiyim filmlər insanlar tərəfindən bəyənilir”, - deyə K.Kurosava bildirib.

Əlavə olaraq bildirək ki, K.Kurosava son 17 ildə “Gümüş şir” mükafatına layiq görülən ilk yapon kinorejissordur. Həmin mükafatı 2003-cü ildə Kitano Takeşi almışdı.

(Azərtac)

# 2107
avatar

Oxşar yazılar