Yığmamızın sabiq hücumçusu Yunanıstan klubunda
12 sentyabr 2020 12:50 (UTC +04:00)

Yığmamızın sabiq hücumçusu Yunanıstan klubunda


Qadınlardan ibarət Azərbaycan milli komandasının sabiq voleybolçusu Yekaterina Jidkovanın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, 2019-cu ilin sonlarında Türkiyə təmsilçisi “Nilüfer Belediyespor”la vidalaşan 30 yaşlı hücumçu karyerasını Yunanıstanda davam etdirəcək.

Jidkova bu ölkənin AEK klubu ilə anlaşıb. Voleybolçu yaxın günlərdə komandasının düşərgəsinə qatılaraq mövsümün hazırlıqlarında iştirak edəcək.

Qeyd edək ki, ötən mövsüm aşağı liqanın çempionu olan AEK yenidən qayıtdığı yüksək dəstədə ilk oyununu oktyabrın 10-da keçiriləcək.

# 1246
avatar

Oxşar yazılar