"Qırmızı kitab"a düşən quşları ovlayanlar tutuldu
12 sentyabr 2020 11:40 (UTC +04:00)

"Qırmızı kitab"a düşən quşları ovlayanlar tutuldu

Biləsuvarın Mahmudçala adlanan ərazidə qanunsuz ov edən, rayonun Xırmandalı kənd sakinləri Ş.Cəfərov və B.Teymurov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin şəxslərdən 1-nin müvafiq sənədləri olmayan ümumilikdə 2 ədəd “İj” markalı ov tüfəngi, ov məqsədilə istifadə edilən digər alətlər və 20 ədəd qanunsuz olaraq ovladıqları çöl quşu aşkar edilərək götürülüb.

Ovlanan həmin quşlardan 3-nün adı “Qırmızı kitab”a düşmüş Sultan toyuğu olduğu müəyyən edilib. 

Faktla bağlı Biləsuvar rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1878

Oxşar yazılar