"Neftçi" – "Qalatasaray" oyununun stadionu dəyişdirildi
11 sentyabr 2020 17:27 (UTC +04:00)

"Neftçi" – "Qalatasaray" oyununun stadionu dəyişdirildi

Avropa Liqasının II təsnifat mərhələsinin "Neftçi” – "Qalatasaray” oyununun yeri dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, "Bakcell Arena”da keçirilməli olan matç Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.

Bununla bağlı hər iki klubun razılığı ilə UEFA-ya müraciət edilib. Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib.

Qeyd edək ki, sentyabrın 17-də baş tutacaq görüş saat 20:00-da start götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2739

Oxşar yazılar