III ixtisas qrupunu seçənlərin DİQQƏTİNƏ! - “BQU-da oğlanların oxumasına qadağa yoxdur”. - CANLI YAYIM - YENİLƏNİB
11 sentyabr 2020 12:55 (UTC +04:00)

III ixtisas qrupunu seçənlərin DİQQƏTİNƏ! - “BQU-da oğlanların oxumasına qadağa yoxdur”. - CANLI YAYIM - YENİLƏNİB

“Bakı Qızlar Universitetində oğlanların oxumasına qadağa yoxdur”.

Lent.az məlumat verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, ötən il oğlan abituriyentlərdən biri sözügedən universitetə daxil olub:

“O bizə bildirirdi ki, ixtisas seçimini özü etməyib. Başqa bir şəxs edib. Buna görə də təkrarlayıram ki, ixtisas seçimini özünüz edin və diqqətli olun”.

***

12:43

“Bu il III ixtisas qrupunda ali məktəblərə rus bölməsi üzrə qəbul üçün 1 102, birgə müsabiqəyə isə 2 090 plan yeri ayrılıb”.

Lent.az məlumat verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, yüksək bal toplayanların sayı çox olduğundan birgə müsabiqə üçün təqdim edilən yerlərin əksəriyyətini Azərbaycan bölməsinin abituriyentləri tuturlar: 

“Ötən il Azərbaycan bölməsi ilə rus bölməsinin keçid balları arasında 100-150 arası fərq var idi. Biz bu il də rus bölməsi üzrə plan yerlərinə qəbulda həmin vəziyyəti gözləyirik, amma birgə müsabiqədə bu belə olmayacaq”.

***

12:32

“III ixtisas qrupunda yeni ixtisaslar yoxdur”.

Lent.az məlumat verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, III qrupda 4 ixtisas ləğv edilib və onlar üzrə plan yerləri təqdim edilməyib:

“Bu il III qrup üzrə müsabiqə vəziyyətinin keçən ilki kimi olacağı gözlənilir. İxtisaslar üzrə keçid balları da təxminən eyni səviyyədə olacaq”.

***

12:23

“Bu il III qrup üzrə sənəd verən subbakalavrların ali məktəblərə qəbul olma ehtimalları çox azdır”.

Lent.az məlumat verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, ancaq ehtimal yenə də var:

“Subbakalavrlar ixtisas seçimi zamanı ya regional ali məktəbləri, ya da özəl ali məktəbləri seçməlidirlər”.

***

12:11

“III ixtisas qrupunda boş yerlərin qalacağına inanmıram”.

Lent.az məlumat verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, ancaq ehtimal ola bilər:

“Sözügedən ixtisas qrupunda müsabiqə çox yüksəkdir. Ona görə də abituriyentlər çox diqqətli olmalıdırlar. 

***

12:07

Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsində canlı yayıma start verilib.

***

09:17

Bu gün saat 12:00-da Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsi vasitəsilə ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün III ixtisas qrupu üzrə ixtisas seçimi ilə əlaqədar canlı yayım ediləcək.

Lent.az məlumat verir ki, canlı yayımda Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı geniş məlumat verəcək, abituriyentləri və onların valideynlərini maraqlandıran sualları cavablandıracaq.

Canlı yayım zamanı sizi maraqlandıran sualları müvafiq postun altına yaza bilərsiniz.

Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və dəqiq ifadə etməlisiniz.

# 21598
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar