Maşın azyaşlını oynadığı həyətdə vuraraq öldürdü
11 sentyabr 2020 06:12 (UTC +04:00)

Maşın azyaşlını oynadığı həyətdə vuraraq öldürdü

Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 8-ci mikrorayonunda binalardan birinin qarşısında baş verib. 

Həyətdə oynayan 2017-ci il təvəllüdlü İsgəndərov Rəvan Seyid oğlunu “Toyota Prado” markalı avtomobil vurub. Azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1778

Oxşar yazılar