4 bıçaq zərbəsi vurulan qadın öldü - YENİLƏNİB
11 sentyabr 2020 06:50 (UTC +04:00)

4 bıçaq zərbəsi vurulan qadın öldü - YENİLƏNİB

Mingəçevirdə bıçaqlanan 34 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

AA-ın Mingəçevir bürosunun məlumatına görə,Nizami küçəsində aldığı çoxsaylı bıçaq xəsarətləri ilə  xəstəxanaya yerləşdirilən 1986-ı il təvəllüdlü,Yevlax rayon sakini Məmmədova Mirvari Yaşar qızının həyatını xilas etmək mümkün olmayıb. 

***

10 sentyabr, saat 21:28

Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Nizami küçəsində baş verib. 1986-cı il təvəllüdlü Yevlax rayon sakini Məmmədova Mirvari Yaşar qızı mübahisə  zəminində bıçaqlanıb. 

Onun qoluna və sinəsinə 4 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

İlkin məlumata görə, qadın doğmalarından biri tərəfindən vurulub. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1960

Oxşar yazılar