Yanğın baş verən evdə sahibinin yanmış meyiti tapıldı
11 sentyabr 2020 01:16 (UTC +04:00)

Yanğın baş verən evdə sahibinin yanmış meyiti tapıldı

Salyan rayonunda ümumi sahəsi 136 m² olan, tikintisi başa çatmayan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1965-ci il təvəllüdlü Cəfərov Firudin Cəfərağa oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1609

Oxşar yazılar