Gəncədə 2 qardaş bıçaqlandı
09 sentyabr 2020 22:31 (UTC +04:00)

Gəncədə 2 qardaş bıçaqlandı

 

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumtına görə, hadisə "Dəmir yolunun altı" adlanan ərazidə qeydə alınıb.

1990-cı il təvəllüdlü Niftəlizadə Xəyal Fazil oğlu qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal yaralı əməliyyata götürülüb.

Digər yaralı - 1988-ci il təvəllüdlü Niftəlizadə Turan Fazil oğlu kürək nahiyəsindən bıçaq xəsarəti alıb. Hər iki şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8889

Oxşar yazılar