Allahşükür Paşazadə Nobel Sülh Mükafatına namizəd kimi təsdiqləndi
09 sentyabr 2020 20:44 (UTC +04:00)

Allahşükür Paşazadə Nobel Sülh Mükafatına namizəd kimi təsdiqləndi

 

Bu il Azərbaycandan Nobel Sülh Mükafatına namizəd Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə göstərilib.

Bunu APA-ya açıqlamasında Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov bildirib.

Onun sözlərinə görə, Allahşükür Paşazadə Nobel Sülh mükafatına ekspert qrupu tərəfindən namizəd kimi  təsdiqlənib:

"Dekabrın 10-dan fevralın 1-dək sənəd qəbulu olur. Namizədlər Nobel Sülh Mükafatının ekspert qrupuna göndərilir. Sentyabrın sonu, oktyabrın əvvəlində nəticələr elan olunur. Dekabrın 10-da isə təqdimat mərasimi olur.

Şeyxülislam Allahşükür Paşazadənin namizədliyi artıq ikinci dəfə verilir. Namizədlərlə bağlı da gizli səsvermə gedəcək və sentyabrın sonu, oktyabrın əvvəlində nəticələr bəlli olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2674

Oxşar yazılar