ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri Bakı vaxtı ilə saat 18:33-də 5,38 faiz azalaraq 1 barelə görə 39,75 dollar təşkil edib.
"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 7,72 faiz azalaraq 36,70 dollar təşkil edib.