Dünya iqtisadiyyatındakı itkilər arta bilər - Deputat pandemiyadan DANIŞDI
08 sentyabr 2020 10:34 (UTC +04:00)

Dünya iqtisadiyyatındakı itkilər arta bilər - Deputat pandemiyadan DANIŞDI

"Neftin dünya bazar qiymətində yenidən azalmalar müşahidə olunur".

Lent.az məlumat verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. O qeyd edib ki, avqust ayında 1 bareli 45 dollara yaxınlaşan Brent markalı neft indi 42 dollardan ucuz təklif olunur:

"Neftin qiymətindəki azalmalar daha çox ABŞ-da benzinə tələbin azalması və sözügedən ölkənin 22 ştatında koronavirusa yoluxma sayının yenidən artması ilə əlaqədardır.

Digər tərəfdən, əksər beynəlxalq qurumlar da pandemiyanın ikinci dalğasının olacağını və hətta dünya iqtisadiyyatındakı itkilərin 35 tirlyon dollaradək artacağı barədə açıqlamalar verirlər. Bu isə ondan xəbər verir ki, pandemiya genişlənəcəyi halda dünyada yeni böhran yaşana bilər. Deməli, dünya iqtisadiyyatında son 2 ayda müşahidə olunan canlanma sadəcə böhran öncəsi nisbi sakitlik də ola bilər".

# 1288
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar