Koronavirus əleyhinə ilk peyvənd mülki dövriyyəyə buraxıldı
08 sentyabr 2020 02:25 (UTC +04:00)

Koronavirus əleyhinə ilk peyvənd mülki dövriyyəyə buraxıldı

 

Rusiyanın N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış COVID-19 əleyhinə "Sputnik V" peyvəndinin ilk partiyası mülki dövriyyəyə buraxılıb.

APA “TASS”-a istinadən xəbər verir ki, dərmanın yaxın vaxtlarda bölgələrə çatdırılması gözlənilir.

Qurumdan bildirilib ki, peyvənd bütün lazımi laborator müayinələrdən keçib.

Testlər zamanı dərman tədqiqat iştirakçılarının 100%-də sabit humoral və hüceyrə toxunulmazlığı reaksiyası meydana gətirib və heç bir əks təsir yaratmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2496

Oxşar yazılar