10576
15:37
04 Sentyabr 2020

Mais Ağayev: Paytaxta 115 yeni avtobus gətiriləcək - VİDEO

APA TV-nin “APAralel” verilişində “1 manatlıq taksilərin ləğv olunması” mövzusu müzakirə olunub.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bununla bağlı verilişdə belə deyib: “Son 5 ildə ölkəyə 703 avtobus gətirilib. Avtobus parkının yenilənməsi işləri bu gün də davam etdirilir. Növbəti aylarda ölkəyə daha 115 avtobus gətiriləcək. Həmin avtobuslardan 10-u artıq Gürcüstan ərazisindədir və ölkə ərazisinə keçirilir”.

Videonu sizə təqdim edirik: