Balansında qaz limiti qalanların NƏZƏRİNƏ: 30 gün ərzində...
04 sentyabr 2020 13:12 (UTC +04:00)

Balansında qaz limiti qalanların NƏZƏRİNƏ: 30 gün ərzində...

Bakıda bir qrup sakin smart tipli qaz sayğaclarının ləğvinə etiraz edib.

Onların Lent.az-a bildirdiyinə görə, bir müddət öncə kartlarında pul olduğu  halda sayğacları götürülüb. Şikayətçilər kartların balansında hələ növbəti bir ay üçün də limit qaldığını, lakin buna baxmayaraq borclu olduqları barədə onlara qəbz göndərildiyini bildiriblər.

Məlumatla əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Lent.az-a danışarkən sayğacların 5 ildən bir dövri yoxlama üçün çıxarıldığını bildirib. Onun sözlərinə görə, hər gün 1000-dən çox belə sayğacın fəaliyyəti dayandırılır:

“5 ildən bir istər smart tipli, istərsə də mexaniki sayğaclar dövri yoxlama üçün götürülür. Yoxlamada onların qüsurlu və ya qüsursuz olmaları, həmçinin nə cür işləmələri müəyyən edilir. Smart tipli sayğaclar sərf etmədiyi üçün hazırda balansda yoxdur. Onların qiyməti tam tərkiblə 220-240 manat olduğu halda, mexaniki sayğacların qiyməti 70 manatdır. Ona görə də hazırda dəyişdirilən sayğacların yerinə məhz mexaniki sayğaclar qoyulur. Bununla da həmin sakinlərin qaza olan ödənişi onlayn qaydada aparılır. Bu isə sakinlər üçün daha da sərfəlidir. İstənilən aparatda ödənişi həyata keçirmək mümkündür. Vətəndaşların kartda qalan qaz limiti isə 30 gün ərzində geri qaytarılacaq. Əgər kartda olan limit bir aylıq borcdan çoxdursa, onda biz onlara borclu qalacağıq. Dəyişdirilən sayğaclar isə bundan sonra 5 il həmin evdə fəaliyyət göstərəcək. 5 ildən sonra isə hansı sayğacın qoyulacağını indidən demək olmaz.

Bundan əvvəl aldığımız smart tipli sayğaclarda şirkət proqram təminatını vermirdi. İndi isə "Azəriqaz" Almaniya şirkəti ilə müqavilə bağlayıb və alacağımız sayğacların proqram təminatı da bizə təhvil veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6163

Oxşar yazılar