Azərbaycanda daha bir keçmiş məmura cinayət işi açıldı
04 sentyabr 2020 11:43 (UTC +04:00)

Azərbaycanda daha bir keçmiş məmura cinayət işi açıldı

0

İsmayıllı rayonu, Tircan bələdiyyəsinin sədri Əhməd Çələbiyevin bələdiyyə sədri işlədiyi dövrdə qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında İsmayıllı rayon prokurorluğunda araşdırma aparılıb.

İsmayıllı rayon Prokurorluğundan Lent.az-a daxil olan xəbərə görə, aparılmış araşdırmalarla Əhməd Çələbiyevin 2016-2020-ci illərdə bələdiyyə sədri vəzifəsində işləyən zaman bələdiyyəyə məxsus 65 hektar torpaq sahəsini yalan məlumatlar daxil etməklə tərtib etdiyi icarə müqaviləsi əsasında 3 il müddətinə Əflatun Həsənova verməsinə əsaslı şübhələr müəyyənləşdirilib..

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2056

Oxşar yazılar