15961
11:32
04 Sentyabr 2020

Metro açılır, gediş haqqı yüksəlir? - iddialara RƏSMİ CAVAB

“Metronun nə vaxt fəaliyyətini bərpa edəcəyi ilə bağlı dəqiq tarix bəlli deyil”.

Bunu Lent.az -a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, Nazirlər Kabinetinin sonuncu qərarında metronun açılmasının sentyabrın 15-də baş tutacağı göstərilib:

“Amma sonuncu brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də dedi ki, bu epidemioloji vəziyyətlə bağlı məsələdir və həmin vaxta qədər araşdırıldıqdan sonra yekun qərar veriləcək. Hazırda metronun açılması ilə bağlı nə rəsmi, nə də qeyri-rəsmi məlumat bizə daxil olmayıb”.

B.Məmmədov metroda gediş haqqının 50 qəpiyə qədər artırılacağı barədə yayılan məlumatlara da münasibət bildirib:

“Qiymət artımı ilə bağlı yayılan məlumatlar əsassız və uydurulub. Artımdan danışmaq indi absurddur. “Bakı Metropoliteni”ndən qiymət artımı haqqında heç bir təklif irəli sürülməyib və ictimai nəqliyyatda gediş haqqının qaldırılması məsələlərinə Tarif Şurası baxır”.

Qeyd edək ki, sosial şəbəkələrdə və yerli mediada metronun sentyabrın 15-nə qədər açılması, eləcə də qiymətlərin artırılacağı barədə məlumatlar yayılıb.

Dİgər xəbərlər