08:58
04 Sentyabr 2020

Beş bıçaq xəsarəti yetirilən Salyan sakini xəstəxanada öldü - YENİLƏNİB

Salyan rayonunda bir neçə bıçaq xəsarəti yetirilən şəxs ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Boranıkənd kəndinin sakini, 1993-cü il təvəllüdlü Hüseynov Hilal Əliyar oğlu həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, yerləşdirildiyi Salyan xəstəxanasında keçinib.

Faktın təfərrüatları Salyan rayon Prokurorluğunda araşdırılır.

***

Saat 22:30

Salyanda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Boranıkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Hilal Əliyar oğlu qonşusu tərəfindən bıçaqlanıb. H.Hüseynov bədəninin müxtəlif hissələrindən 5 bıçaq yarası ilə Salyan rayon xəstəxanasının cərrahiyə şöbəsində əməliyyata götürülüb. Onun çoxlu qan itirdiyi bildirilir.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Dİgər xəbərlər