2479
19:34
03 Sentyabr 2020

Koronavirus statistikası: 148 nəfər sağaldı, 167 nəfər yoluxdu, 3 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 167 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 899 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 264 nəfər müalicə olunaraq sağalıb, 541 nəfər vəfat edib, aktiv xəstə sayı 2 094 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 869, ötən müddət ərzində isə ümumilikdə 942 265 test aparılıb.