Badımcan turşusu - Lent.az-ın mətbəxi
01 sentyabr 2020 19:30 (UTC +04:00)

Badımcan turşusu - Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizə badımcan turşusunun hazırlanma qaydasını təqdim edəcəyik.

Lazım olan ərzaqlar:

Badımcan

Sarımsaq

Kök

Cəfəri

Duz

Sirkə 

Hazırlanma qaydası:

Badımcanları aypara şəklində doğrayın. Üzərinə duz səpib acı suyunun çıxmasını gözləyin. Suyu çıxandan sonra badımcanları sıxıb başqa bir qaba qoyun. Üzərinə kökü doğrayın. Sarımsaqları soyub, üç-dörd yerə bölün və əlavə edin. Bir dəstə cəfərini də doğrayaraq qarışığa qatın. Yaxşı-yaxşı qarışdırdıqdan sonra duz əlavə edin. Daha sonra şüşə qablara yığmağa başlayın. Yarısına çatdıqda sirkə töküb yenidən davam edin. Ağzını bağladıqdan sonra soyuducuya qoyun. Bir həftə sonra artıq ət yeməklərinin yanında ailə üzvlərinizə təqdim edə bilərsiniz.

Nuş olsun!

# 7579
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar