24209
12:23
31 Avqust 2020

Yeni tədris ilində yeni formatda “DƏRS VAXTI”

Sentyabrın 1-dən “Mədəniyyət” telekanalında “Dərs vaxtı” proqramının yeni formatda yayımına start verilir.

Lent.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, “Dərs vaxtı” proqramı həftənin 5 günü yayımlanacaq.

Teledərslərdə tarix, riyaziyyat, ədəbiyyat, kimya kimi məktəbdə keçirilən bütün fənlərin televersiyası təqdim olunacaq.

Teledərslər tamamilə yeni studiyalarda, təcrübəli müəllimlərin izahı ilə təqdim olunacaq.

Bütün siniflər üzrə tədris planlarına uyğun dərslər baxımlı məzmunla efirə veriləcək.

Dİgər xəbərlər