18:25
31 Avqust 2020

Ermənistanda koronavirus daha 2 nəfəri öldürdü

Ermənistanda son sutka ərzində 31 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 43781 nəfərə çatıb.

Ermənistanda son sutkada daha 2 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 879 nəfərə çatıb.

Dİgər xəbərlər