13:52
27 Avqust 2020

Bekhemin klubunun futbolçuları oyunu boykot etdilər – SƏBƏB

Əfsanəvi keçmiş oyunçu Devid Bekhemə məxsus “İnter Mayami” klubunun futbolçuları Viskonsindəki etirazçılarla həmrəylik nümayiş etdirərək “Atlanta Yunayted”lə oyunu boykot ediblər.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, beləliklə, MLS-nin “İnter”in iştirakı ilə oyunu təxirə salınıb. Oyunçular Viskonsindəki etirazçıları dəstəkləyərək meydana çıxmaqdan imtina ediblər.

Kütləvi narazılıq qaradərili Ceykob Blekin güllələnməsi ilə bağlıdır. Onu kürəyindən vuraraq yaralayıblar. 29 yaşlı qaradərili qismən iflic olub.

Dİgər xəbərlər