03:24
27 Avqust 2020

“Qarabağ”ın Çempionlar Liqasında mümkün rəqibləri bəlli oldu

Çempionlar Liqasında növbəti püşkatmaların bütün iştirakçıları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu, II təsnifat mərhələsinə yekun vurulduqdan sonra mümkün olub.

10 komanda Çempionlar yolunda, 3 klub Liqa yolunda tur adlayıb. Bununla da avqustun 31-də baş tutacaq III təsnifat mərhələsinin püşkündə iştirak edəcək komandalar bilinib. Həmin gün Çempionlar yolunda mərhələ keçən 10 komanda 5 cütlük təşkil edəcək. Püşk zamanı Azərbaycan çempionu “Qarabağ” səpələnmişlər sırasında yer alacaq.

Liqa yolunda mərhələ keçən 3 komandaya daha üç iştirakçı qoşulacaq. Burada yenidən üç cütlük müəyyənləşəcək.

Sentyabrın 1-də isə pley-offun püşkü atılacaq. Çempionlar yolunda öncəki mərhələnin 5 cütü və mübarizəyə yeni qoşulacaq üç komanda rəqiblərini tanıyacaq. “Qarabağ”ın yer aldığı cüt səpələnməmiş olacaq.

Liqa yolunda isə üç cütə bir klub da qoşulacaq. Püşk pley-offun iki cütünü müəyyənləşdirəcək.

III təsnifat mərhələsi
Çempionlar yolu
Səpələnmişlər

“Dinamo” (Xorvatiya)
“Yanq Boyz” (İsveçrə)
“Srvena Zvezda” (Serbiya)
“Qarabağ” (Azərbaycan)
“Makkabi” (Təl-Əviv, İsrail)
Səpələnməmişlər
“Molde” (Norveç)
“Midtülland” (Danimarka)
“Ferensvaroş” (Macarıstan)
“Omoniya” (Kipr)
“Dinamo” (Belarus)

Liqa yolu
Səpələnmişlər

“Benfika” (Portuqaliya)
“Dinamo” (Ukrayna)
“Gent” (Belçika)
Səpələnməmişlər
“Rapid” (Avstriya)
PAOK (Yunanıstan)
“Alkmaar” (Niderland)

Pley-off
Səpələnmişlər

“Zalsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan)
“Dinamo”nun cütü (Xorvatiya)
“Slaviya” (Çexiya)
Səpələnməmişlər
“Yanq Boyz”un cütü (İsveçrə)
“Srvena Zvezda”nın cütü (Serbiya)
“Qarabağ””in cütü (Azərbaycan)
“Makkabi”nin cütü (Təl-Əviv, İsrail)

Liqa yolu
Səpələnmişlər
“Benfika”nın cütü (Portuqaliya)
“Dinamo”nun cütü (Ukrayna)
Səpələnməmişlər
“Gent”in cütü (Belçika)
“Krasnodar” (Rusiya)

Dİgər xəbərlər